Tailanddan olan yeddinci sinif şagirdi məktəb gəzintisi zamanı uşaq dünyaya gətirib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, qızın dostu avtobus oturacağında qan görüb və müəllimə üz tutub. Müəllim məktəbli qızın aybaşı olduğunu düşünüb, yeddinci sinif şagirdinə növbəti dayanacaqda tualetə getməyi tövsiyə edib.
Yanacaqdoldurma məntəqəsinin tualetində məktəbli qız özbaşına doğuş edib və körpəni zibil qutusuna atıb. Sonra o və sinif yoldaşları yoluna davam ediblər.
Hadisədən sonra yeni doğulmuş körpə tapılaraq hadisə barədə yerli hakimiyyət orqanlarına məlumat verilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları müşahidə kameralarının köməyi ilə ananı tapmağa nail olublar.
Polis qızı xəstəxanaya aparıb, o, uşağı ilə birlikdədir. Həkimlər yeni xəstəyə lazımi tibbi yardım və psixoloji dəstək göstəriblər.