Çexiya paytaxtının hakimiyyət orqanları turistlər üçün gecə alkoqollu turlara qadağa qoyub. Artıq şəhərdə meyxanalarda alkoqollu turlara icazə verilmir. Məhdudiyyət səhər saat 6:00-dan axşam 22:00-a qədər qüvvədədir.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, qeyri-adi yenilik haqqında məlumatı Çexiyanın milli xəbər agentliyi yayıb.
Bu, şəhər rəhbərliyinin “daha çox mədəni turist” cəlb etmək istəyi ilə bağlıdır. Göründüyü kimi, rəsmilər çoxlarının Praqaya yalnız “alkoqollu içkilər” üçün getməsindən məmnun deyillər. Belə qonaqların çoxluğu Praqaya fayda gətirmir. Məsələ şəhər büdcəsinə yükün ciddi şəkildə artmasıdır. Bura təmizlik xidmətlərinin və hüquq-mühafizə orqanlarının əməkdaşlarının “həddindən artıq cəlb edilməsi” daxildir.
Nəzərinizə çatdıraq ki, Praqa Çex Respublikasının paytaxtı olmaqla yanaşı, bu Mərkəzi Avropa ölkəsinin iqtisadi, siyasi və mədəni mərkəzidir. Şəhərin əhalisi 1,3 milyon nəfərdən çoxdur. Çexiya paytaxtının iqtisadi fəal əhalisinin çoxlu nümayəndələri turizm sektoruna cəlb olunub.