Turistlər müxtəlif meyarlara əsasən çimərlik tətilini seçirlər. Bəziləri üçün ən vacib şey çimərlikdə tətilin ucuz olmasıdır, digərləri isə "Instagram" fotoşəkilləri üçün ən yaxşı əraziləri olan yerləri axtarır. Bəzi səyahətçilər üçün ən vacibi bu çimərliklərdə suyun mükəmməl təmiz və şəffaf olmasıdır.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, belə çimərliklərdə isə həddindən artıq çox insan olur. Mütəxəssislər Avropanın ən yaxşı və çox az tanınan çimərliklərinin siyahısını tərtib ediblər. Ümumilikdə siyahıya Avropada yeddi çimərlik daxil edilib.
Sözügedən siyahını təqdim edirik:
Alentejo, Portuqaliya.
Hamı Portuqaliyanın Algarve bölgəsinin dolu çimərliklərinə qaçarkən, ölkənin şimalındakı Alentejo bölgəsi nisbətən toxunulmaz olaraq qalır. Bura mənzərəli sahil xətti və delfinləri görə biləcəyiniz sevimli balıqçı kəndləri ilə əhatə olunub.
Paxos, Yunanıstan
Bu gizli Yunan adasına səyahət çətin görünə bilər, amma ora getməyə dəyər. Paxos turistlərin sıx olduğu Korfudan qayıqla cəmi bir saatlıq yoldur. Burada turistlər təbaşir qayalıqları, zeytun bağları boyunca rahat gəzintilərdən həzz ala bilərlər.
Şərq sahili, Korsika
Fransanın Aralıq dənizi adası səs-küylü çimərlik barları, dəbdəbəli otellər və milyarderlərin yaxtaları ilə doludur. Turistlərin izdihamından qaçmaq istəyirsinizsə, o zaman cənub sahilinin çox hissəsindən, eləcə də şəhərdən uzaq durmaq daha yaxşıdır. Turistlərə uzun qumların kəndlərlə kəsişdiyi, aşağı qiymətli şərqə getmələri tövsiyə olunur.
Bozburun Yarımadası, Türkiyə
Bura Marmarisdən cəmi bir saatlıq məsafədədir. Bura elə də çox turist gəlmir. Buna baxmayaraq, heyrətamiz mənzərəsi ilə yarımada insanı özünə cəlb edir.
Pila qum təpələri, Fransa
Flank-Kot-Ue Fransanın Bordo şəhəri yaxınlığında Atlantik okeanının nəhəng qum təpəsi Pila dyununun sahil tərəfidir. Çimərlik 108 metrlik qum divarı ilə gizlədilib, ona görə də çimmək üçün əvvəlcə qalxmaq və enmək lazımdır. İsti gündə və ya qum fırtınası zamanı bu böyük problemdir, amma bu sınaqdan yaxşı çıxanlar möhtəşəm mənzərə ilə mükafatlanacaq.
Melida, İspaniya
İspaniyanın Atlantik okeanı sahilləri Aralıq dənizinin çimərlikləri kimi çox diqqət çəkmir, amma harada çoxlu insan kütləsi yoxdursa orada gözəllik var. Melida çimərliyi Pontevedredə (Qalisiya) yerləşir və qaranlıq saatlarda 3 mayakla işıqlanır. Burada turist çox azdır.
Deva Mariya körfəzi, Kalabriya, İtaliya
Kapo-Vatikano çimərlikləri arasında Deva Mariya körfəzi ən yaxşılarındandır. Bu yerlərin əsas fəxri isə qırmızı soğanın yetişdirilməsi üçün ideal iqlimdir.