Yeni qərara əsasən, “YouTube”da “Shorts” videoları artıq 3 dəqiqəyə qədər yüklənə bilər.
Lent.az xəbər verir ki, son zamanlar artan populyarlığı ilə gündəmdə olan TikTok dünya üzrə istifadəçilərinin sayını günü-gündən artırır.
Belə olan halda, digər məşhur sosial media şirkətləri də TikTok-u əsas rəqib kimi görürlər.
“YouTube”, 2020-ci ilin sonunda qısa video paylaşma funksiyasını istifadəyə vermişdi. Portret rejimində bir dəqiqəyə qədər uzunluqda çəkilmiş videoların çəkilməsinə imkan verən “Shorts”lar tez bir zamanda çox uğurlu oldu.
Oktyabrın 15-dən etibarən istifadəçilər 3 dəqiqəyə qədər qısametrajlı videolar yükləyə biləcəklər.
Həmçinin tezliklə “Shorts” kamerasından “YouTube” videolarına daxil olaraq Remikslər yaratmaq da mümkün olacaq.