“Youtube”da reklam elanlarının  sayı ARTDI
15 sentyabr 2022 09:32 (UTC +04:00)

“Youtube”da reklam elanlarının sayı ARTDI

“Youtube” videoplatformasında reklam elanlarının sayı 2-dən 5-ə qədər artıb. 

Lent.az  xarici KİV-ə istinadən xəbər verir ki, göstərilən reklamların buraxılması qeyri-mümkündür və hər biri 6 saniyəlik xronometraja sahibdir.

Bəzi istifadəçilər hətta bu reklamların sayının 10-a çatdığını da bildirib. 

Məlumata görə, “Google” şirkəti “Youtube” üzərindən gəlirləri artırmaq üçün bu addımı atıb. Buna görə də insanları “Youtube Premium” abunəliyini əldə etməyə məcbur edir. İstifadəçilər isə reklam saylarının belə artmasından şikayətçidirlər. 

Qeyd edək ki, “Youtube Premium” abunəliyində bu cür reklamlar sərgilənmir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3564
avatar

Sevinc Fərid

Oxşar yazılar