Yeni “iPhone 15”   modellərində bunlar məhdudlaşacaq
16 avqust 2023 10:34 (UTC +04:00)

Yeni “iPhone 15” modellərində bunlar məhdudlaşacaq

“Apple” şirkətinin “iPhone 15” smartfonlarında Lightning girişindən USB Type-C girişinə keçid etmək qərarı şarj prosesi üçün büdcəli naqillərə üstünlük verən istifadəçilərə heç bir dəyişiklik gətirməyəcək.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, “iPhone 15”də istifadə ediləcək xüsusi çipin internetdə şəkli yayılıb. Burada görünür ki, həmin çip smartfona qoşulu olacaq aksesuarlarda MFi (Made For iPhone, iPad, iPod) sertifikatının və ya onun digər analoqunun olub-olmadığını yoxlamağa davam edəcək.

Məlumata görə, əsasən sözügedən çip naqil üzərindən ötürülən məlumatların şifrələnməsindən və sürətli şarj texnologiyasından cavabdeh olacaq. Başqa sözlə desək, “iPhone 15” modellərində sertifikatlaşdırılmamış naqillərdən istifadə zamanı bu iki imkan məhdudlaşdırıla bilər.

Bildirilir ki, bir neçə müddət bundan öncə məşhur analitiklər  bunun olacağı barəsində məlumat vermişdi. 

 

# 16638
avatar

Oxşar yazılar