Yeni ekzoplanetlər kəşf olundu
11 iyul 2023 12:27 (UTC +04:00)

Yeni ekzoplanetlər kəşf olundu

Astronomlar qrupu TESS kosmik zondundan istifadə edərək araşdırma zamanı Neptun alt sinfinə aid iki ekzoplanet aşkar ediblər.

Lent.az xarici mediyaya istinadən məlumat verir ki, yeni planetlər TOI-2084 b və TOI-4184 b adlanır. Onlar qırmızı cırtdanların ətrafında fırlanır və Yerdən 2,4-2,5 dəfə böyükdürlər.

TOI-2084 b-nin kütləsi 6,74 Yer kütləsi olaraq qiymətləndirilir. Planetin orbital dövrü 0,05 astronomik vahid məsafədə 6,08 gündür. Tarazlıq temperaturu təxminən 527 kelvinə çatır. Yerdən məsafəsi  372 işıq ili, yaşı isə 7,5 milyard ildir.

TOI-4184 b-nin kütləsi isə 6,6 Yer kütləsi olaraq qiymətləndirilir. Planetin orbital dövrü 4,9 gündür.

Ulduzlardan  0,034 astronomik vahid məsafədə yerləşir, tarazlıq temperaturu 412 kelvinə çatır. Yerdən məsafəsi  225,6 işıq ili, yaşı isə 6,7 milyard ilə çatır.

Ekzoplanet günəş sistemindən kənarda yerləşir. Bundan əvvəl Almaniya alimləri ilk orta kütləli ulduzu tapmışdılar.

# 2463
avatar

Xədicə Novruzova

Oxşar yazılar