“X” istifadəçilərin məlumatlarını satmağa hazırlaşır
19 oktyabr 2024 04:31 (UTC +04:00)

“X” istifadəçilərin məlumatlarını satmağa hazırlaşır

“X” sosial şəbəkə platforması üçüncü tərəf; yəni "tərəfdaşları" ilə istifadəçi məlumatlarını paylaşaraq süni intellekt modellərini öyrətmək üçün yeni məxfilik siyasəti yeniləməsi edib.

Lent.az xəbər verir ki, “X” istifadəçilərini qəzəbləndirəcək bir qərar qəbul edib.

“X”in yeni məxfilik siyasətinə əsasən, istifadəçi məlumatları üçüncü tərəf "biznes tərəfdaşları" ilə paylaşılacaq.

15 Noyabr 2024-cü ildə qüvvəyə minəcək bu yeni siyasət, kənar şirkətlərin “X”dən məlumatların lisenziyası üçün ödəniş edə biləcəyi sövdələşmələrə yol açır.

Yenilənmiş siyasətdə “üçüncü tərəf biznes tərəfdaşları” adlı yeni bölmə var.

İstifadəçilərin paylaşımı söndürmək imkanının olduğu bildirilsə də, bunun necə ediləcəyi bəlli deyil.

“X” mövzu ilə bağlı suallara hələ cavab verməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2562
avatar

Oxşar yazılar