“WhatsApp”dan daha bir yenilik:  Şəkil içində şəkil
21 fevral 2023 12:19 (UTC +04:00)

“WhatsApp”dan daha bir yenilik: Şəkil içində şəkil

“WhatsApp”da videozənglərlə bağlı yeni funksiya təqdim olunub.  

Lent.az “WABetaInfo” portalına istinadən xəbər verir ki, eyni vaxtda video formatında danışmağa və üçüncü tərəf proqramlarından istifadəyə imkan verən şəkil içində şəkil videozəng rejimini təqdim ediblər.

Zəng ekranı kiçildildikdə ekran ətrafında hərəkət etdirilə bilən kiçik pəncərələr yaranır. 

Yeni funksiya artıq iOS əməliyyat sistemi üçün aktivdir. Bundan əlavə, bu yeniləmə bəzi digər funksiyalardan istifadə etməyə imkan verəcək - sənədlərə imza, həmçinin qruplar üçün daha uzun təsvirlər əlavə etmək imkanı.


 

# 3648
avatar

Sevinc Fərid

Oxşar yazılar