“KamAZ” on minlərlə avtomobili geri çağırdı
16 may 2024 14:23 (UTC +04:00)

“KamAZ” on minlərlə avtomobili geri çağırdı

“KamAZ” şirkəti on minlərlə avtomobilinin geri çağırıldığını elan edib.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, bu barədə avtomobil istehsalçısı məlumat yayıb. Geri çağırılmaya təcili çağırış sistemləri olmayan avtomobillər də daxildir.

“Hazırda 23,4 minə yaxın avtomobilin planlı yenidən qurulmasına başlanılır. Geri çağırılan avtomobillərin sahibləri təmir işləri üçün ən yaxın dilerlərə üz tutmaları zərurəti barədə məlumatlandırılır. Bütün işlər “KamAZ” PSC-nin hesabına həyata keçirilir və pulsuzdur”, - deyə şirkətdən qeyd ediblər.

Söhbət 2022-ci il iyulun 1-dən 2023-cü il avqustun 1-dək istehsal olunmuş avtomobillərdən gedir. O zaman QLONASS istehsalçıları təcili çağırış sistemlərinin quraşdırılmasını təmin edə bilməyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5160
avatar

Oxşar yazılar