"Whatsapp"da YENİLİK:  Sürüşdürüb tablara keçəcəksiniz
23 iyun 2023 09:44 (UTC +04:00)

"Whatsapp"da YENİLİK: Sürüşdürüb tablara keçəcəksiniz

“WhatsApp” tərtibatçıları messencerə sürüşdürmə vasitəsi ilə tablar arasında keçid etmək imkanı əlavə edəcəklər.

Lent.az xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.

Bildirilir ki, yenilik "WhatsApp"ın Android üçün 2.23.13.9 nömrəli beta versiyasında müşahidə edilib. Onun istifadəçiləri sürüşdürmə ilə bir tabdan digərinə keçə, yana sürüşdürə bilərlər. Üstəlik, bu və ya digər tab üzərinə klikləməklə keçid də yeni üsulla birlikdə mövcud olacaq.

Eyni zamanda, sürüşmələrdən istifadə edərək tablar arasında keçid "WhatsApp"ın köhnə dizaynı ilə mümkün idi. Lakin bütün nişanları olan messencerin naviqasiya paneli ekranın yuxarısından aşağıya köçürüldükdən sonra bu funksiya itib.

Bundan əlavə, yenilənmiş istifadəçilər düymələrin dizaynında dəyişikliklər aşkar ediblər. Belə ki, onların yeni söhbətə və ya zəngə başlamaq üçün düymələrin formasını dəyişmək imkanı var. Əgər əvvəllər dəyirmi idisə, indi superellipsin formasını seçmək mümkündür.

Düymə formasının seçimi və sürüşdürmə ilə tablar arasında keçid imkanı hazırda yalnız messencerin beta versiyasında mövcuddur. "WhatsApp"ın stabil quruluşlarında yeniliklərin nə vaxt görünəcəyi məlum deyil.

# 2100
avatar

Fidan İlqar

Oxşar yazılar