“WhatsApp”da  YENİLİK : Ailələri dağıdacaq, sevgililər ayrılacaq...
22 sentyabr 2021 15:36 (UTC +04:00)

“WhatsApp”da YENİLİK: Ailələri dağıdacaq, sevgililər ayrılacaq...

“WhatsApp” mesajlaşma tətbiqi, istifadəçilərinin ən çox şikayət etdikləri xüsusiyyətlərdən biri olan “son görünən” xüsusiyyətini dəyişdirməyə hazırlaşır.

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, dünyada təxminən 1,6 milyard istifadəçisi olan “WhatsApp” mesajlaşma proqramı yeni bir funksiyanı işə salmağa hazırlaşır. “WhatsApp” istifadəçiləri artıq “qara siyahı” yaratmaqla son görünmələrini bu kontaktlardan gizlədə biləcəklər.

Yeniləmə ilə “WhatsApp” istifadəçiləri; “Son görüldü” xüsusiyyətini 4 fərqli şəkildə istifadə edə biləcək. "Hər kəs", "Əlaqələrim" və "Heç kim" dən başqa, "Kontaktlarım istisna olmaqla" seçimi də istifadəçilər üçün əlçatan olacaq.

Bu “qara siyahıya” əlavə etdiyiniz insanlar son göründüyünüz vaxtı və tarixi görə bilməyəcəklər. Bu xüsusiyyətin nə vaxt aktiv ediləcəyi ilə bağlı hələ dəqiq bir məlumat yoxdur.

 

# 42201
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar