“Whatsapp”da YENİ DƏYİŞİKLİK:  Daha asan mesajlaşma
14 aprel 2022 18:15 (UTC +04:00)

“Whatsapp”da YENİ DƏYİŞİKLİK: Daha asan mesajlaşma

Məşhur mesajlaşma proqramı  “WhatsApp” biznes hesablarının öz profillərini istifadəçilərlə paylaşmasını asanlaşdıracaq. 

Lent.az xəbər verir ki, bu barədə “WABetaInfo” məlumat yayıb. 

Belə ki, “Profili paylaş” ( Share Profile) bölməsində dəyişiklik olacaq. Hesabın sahibinin profilinə xüsusi qısa keçid göndərməklə və ya klikləməklə digər istifadəçilər dərhal onunla mesajlaşa bilər. 

Yeni funksiya hazırda inkişaf mərhələsindədir. Növbəti yeniləmə zamanı bu funksiyanı əldə etmək mümkün olacaq. 

Bundan əlavə, “WhatsApp” qrup söhbətlərində sorğu yaratmaq imkanı əlavə etməyi də planlaşdırır. Onlar istifadəçilər üçün 12 cavab variantı təqdim etməyi düşünür. 


 

# 3807
avatar

Sevinc Fərid

Oxşar yazılar