Uşaqlardan tutmuş yaşlılara qədər internet TƏHLÜKƏSİ  - İki dəqiqəyə həll edin
29 dekabr 2024 12:53 (UTC +04:00)

Uşaqlardan tutmuş yaşlılara qədər internet TƏHLÜKƏSİ - İki dəqiqəyə həll edin

Bu gün kibertəhdidlər uşaqlardan tutmuş yaşlılara qədər internet istifadəçiləri üçün daha da aktuallaşır. İnterpolun “ThinkTwice” informasiya kampaniyası çərçivəsində Kaspersky kibertəhlükəsizliyini əhəmiyyətli dərəcədə artıracaq beş sadə və əlçatan tövsiyə hazırlayıb. Bu tövsiyələr gündəlik həyatda asanlıqla tətbiq edilə bilər və ən geniş yayılmış təhdidlərdən etibarlı qorunma təmin etməyə kömək edəcək. 

Lent.az Kaspersky-yə istinadən xəbər verir ki, şəbəkədə effektiv müdafiyəyə nail olmaq üçün beş addımı təqdim edir:

1. Şifrələri avtomatlaşdırın

Hər bir sayt və tətbiq üçün ən azı 12 simvoldan ibarət unikal şifrələr yaradın. Şifrələri təhlükəsiz şəkildə saxlamaq, eləcə də onları avtomatik yaratmaq və daxil etmək üçün şifrə menecerlərindən istifadə edin. Bununla məlumat sızma riskini etibarlı şəkildə minimuma endirə bilərsiniz.

2. İkiqat yoxlamanı aktivləşdirin

İkimərhələli autentifikasiya (2FA) hesaba daxil olmaq üçün birdəfəlik kod tələb edərək əlavə müdafiə səviyyəsi təmin edir. SMS kimi təhlükəsizlik səviyyəsi daha aşağı olan metodlar əvəzinə kodların yaradılması üçün autentifikasiya tətbiqlərindən istifadə edin.

3. Linklər və əlavələrə qarşı diqqətli olun

Tanımadığınız şəxslərdən gələn linkləri və ya faylları açmayın. Hesabların oğurlanmaq ehtimalını azaltmaq üçün hətta tanışlardan gələn gözlənilməz mesajları təkrar yoxlayın.

4. Avtomatik yeniləmələri aktivləşdirin

Sistemlərin və tətbiqlərin müntəzəm yenilənməsi təcavüzkarlar tərəfindən istifadə edilə biləcək boşluqları aradan qaldırır. Yalnız rəsmi mənbələrin təqdim etdiyi yeniləmələrə etibar edin.

5. Paylaşımlarınıza nəzarət edin

Onlayn paylaşılan məlumatlar sizə qarşı istifadə oluna bilər. Sosial şəbəkələrdə paylaşımlarınızın əlçatanlığını məhdudlaşdırın və məxfilik parametrlərinizi tənzimləyərək riskləri minimuma endirin. Kibertəhdidlər gündəlik həyatımızın bir hissəsinə çevrilir və hər kəs əsas təhlükəsizlik tədbirlərinin əhəmiyyətini anlamalıdır. Məqsədimiz kibertəhlükəsizliyi hamı üçün əlçatan və sadə etməkdir. Bu tövsiyələr istifadəçilərə çox vaxt və ya resurs sərf etmədən ən geniş yayılmış təhdidlərdən müdafiəyə imkan verəcək.

Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirir:

"Avtomatlaşdırma təhlükəsizliyin açarıdır. Bu tövsiyələrə əməl etmək “Kaspersky Premium” kimi kompleks həllərdən istifadə ilə
daha asandır. Tətbiq şifrələrin idarə olunmasını, yeniləmələri, fişinqdən müdafiəni və məlumat sızmalarının monitorinqini avtomatlaşdırır.
Kibertəhlükəsizliyi elə bu gündən həyatınızın bir hissəsinə çevirin!"


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1752
avatar

Xədicə ƏFQAN

Oxşar yazılar