Türkiyənin ən böyük hərbi gəmisi BELƏ OLACAQ
25 sentyabr 2022 00:06 (UTC +04:00)

Türkiyənin ən böyük hərbi gəmisi BELƏ OLACAQ

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sakaryaya gedərkən ölkənin ən böyük hərbi gəmisi “TCG Anadolu”nu helikopterdən izləyib.

Lent.az-ın Anadolu Agentliyinə istinadla xəbərinə görə, dövlət başçısı flaqman gəmisi ilə tanış olması barədə Tvitterdə məlumat paylaşıb.

Qeyd edək ki, tikilməkdə olan gəminin uzunluğu 231, eni 32, hündürlüyü 58 metrdir. Gəmi çox sayda təyyarə, helikopter və PUA daşıya biləcək.
 

# 4320
avatar

Oxşar yazılar