Türkiyə ordusunda İNQİLAB:  İnsansız Yerüstü Nəqliyyat Sistemi
29 sentyabr 2021 23:23 (UTC +04:00)

Türkiyə ordusunda İNQİLAB: İnsansız Yerüstü Nəqliyyat Sistemi

İnsansız Yerüstü Nəqliyyat Sistemi (İKA) Türkiyə Ordusunun istifadəsinə verilib.

Lent.az-ın xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Müharibədə, hər cür hərəkatda izlənilə və müdaxilə edilə bilməyən bölgələrə etibarlı şəkildə daxil olmağı, müşahidə aparmağı və müdaxilə etməyi təmin edən İnsansız Yerüstü Nəqliyyat Sisteminin (İKA) Quru Qoşunları Komandanlığının bölmələrində istifadəsinə başlanılır”, - deyə qeyd olunub.

Kəşfiyyat və müşahidə aparan İnsansız Yerüstü Nəqliyyat Sistemi (İKA) yüksək hərəkət qabiliyyətinə və manevr imkanlarına malikdir, pilləkənləri qalxır və sudan keçə bilir, uzaqdan idarə olunur.

İnsansız Yerüstü Nəqliyyat Sistemi (İKA) düşmən atəşi altında riskli tapşırıqların daha asan icra olunmasına şərait yaradır.

# 2307
avatar

Oxşar yazılar