"Toyota" şirkəti "Corolla" və "RAV4"lərin sürülməsini qadağan edir  - SƏBƏB
31 yanvar 2024 18:01 (UTC +04:00)

"Toyota" şirkəti "Corolla" və "RAV4"lərin sürülməsini qadağan edir - SƏBƏB

Yaponiyanın “Toyota” şirkəti 20 yaşı tamam olmuş bəzi modellərin idarə edilməsinin qadağan edilməsi barədə fərman verib.

Lent.az xarici mediaya istinadla bildirir ki, belə avtomobillər hər an partlaya bilən qüsurlu “Takata” təhlükəsizlik yastıqlarına görə sahibləri üçün təhlükəlidir. Bildirilir ki, bu qəzaya səbəb ola bilər.

Qeyd olunur ki, qadağa 2003-2004 “Corolla”, 2003-2004 “Corolla Matrix” və 2004-2005 “RAV4” modellərinə şamil edilir. “RAV4”də dəyişdirilməli olan yan hava yastığı, “Corolla”da isə ön sərnişin hava yastığı var.

Dünyada qüsurlu “Takata” təhlükəsizlik yastıqlarının 30-dan çox qurbanı var. Ən çoxu isə ABŞ-dadır - 26 nəfər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 23913
avatar

Oxşar yazılar