“TikTok” pullu olacaq -  QİYMƏT
03 oktyabr 2023 19:08 (UTC +04:00)

“TikTok” pullu olacaq - QİYMƏT

Amerikada “Tiktok”dan reklamsız olaraq istifadə etmək istəyənlər ödəniş etməli olacaq. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bu, istifadəçilərə 4,99 dollara başa gələcək. 

“TikTok” tətbiqinin ən son versiyasında yeni kodlar aşkar edilib. Bu da qısa formada video məzmun xidmətinin istifadəçilərinə reklamsız aylıq abunəlik təklif edəcəyini göstərir.

“TikTok” bununla bağlı hələ heç bir rəsmi açıqlama verməyib. Buna görə bu addımın hələ ki, sınaq mərhələsində olduğu bildirilir. Məlumata görə, bu funksiya bir çox ölkələrdə genişmiqyaslı olaraq yayılmağa başlayandan sonra qiymət dəyişə bilər. 

# 75372
avatar

Sevinc Fərid

Oxşar yazılar