"Tesla"ya qarşı 6,9 milyonluq TƏZMİNAT İDDİASI
08 oktyabr 2021 12:32 (UTC +04:00)

"Tesla"ya qarşı 6,9 milyonluq TƏZMİNAT İDDİASI

İlon Maskın sahib olduğu “Tesla” şirkəti irqçiliklə gündəmə gəlib. 

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, şirkətdə lift operatoru kimi çalışan Oven Diaz 2015-2016-cı illərdə 9 ay ərzində irqçiliyə məruz qaldığı üçün məhkəməyə müraciət edib. 

Diaz irqçilik təcavüzünün qarşısının alınması üçün rəhbərliyə müraciət etdiyini, lakin problemin həlli ilə bağlı uyğun addımlar atılmadığını söyləyib. Məhkəmə Oven Diazın haqlı olması ilə bağlı qərar verib. Qərardan sonra “Tesla” Oven Diaza 6,9 milyon dollar təzminat ödəyəcək. 

Qeyd edək ki, bu şirkətə qarşı irqçiliklə bağlı ilk ittiham deyil. “Tesla” yayda Melvin Berri adlı işçisinə də 1 milyon dollar təzminat ödəyib. 

# 2394
avatar

Nigar Adil

Oxşar yazılar