Telegram üçün növbəti böyük YENİLƏNMƏ
02 avqust 2024 14:50 (UTC +04:00)

Telegram üçün növbəti böyük YENİLƏNMƏ

Telegram üçün növbəti böyük yenilənmə istifadəyə verilib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bunun sayəsində messencer yeni imkanları əldə edib. Növbəti yenilənmə çəçrivəsində Telegram Web3 dəstəkli təkmilləşdirilmiş brauzeri, Stories paylaşımları üçün nəzərdə tutulmuş yeni imkanları və dostlar üçün ulduz valyutasının alınması özəlliyini əldə edib. Beləliklə Telegram-ın yeni versiyasında reallaşdırılmış əsas yenilik brauzer ilə bağlıdır.

Daha əvvəllər istifadəçilər Telegram daxilindəki brauzerdə sadəcə olaraq linklərə baxa bilirdilər. Messencerin yeni versiyasında isə brauzer daha geniş funksionallığı əldə edib. Belə ki, Telegram daxilindəki brauzerə qovluqların əlavə edilməsi və TON şəbəkəsində mərkəzləşdirilməmiş resurslara daxil olma imkanları reallaşdırılıb. Telegram-ın axtarış bölməsinə Apps adlı yeni qovluq əlavə edilib.

Bu qovluq istifadəçi tərəfindən artıq istifadə edilən və ya istifadə edilməyən məşhur mini tətbiqlərin axtarışı imkanını verir. Tərtibatçılar isə mini tətbiqlər kataloquna öz məhsullarının screenshotlarını yükləmək imkanını əldə ediblər. Bunun sayəsində istifadəçi mini tətbiqi işə salmazdan öncə onu qiymətləndirə biləcək. Mini tətbiqlərdəki kontentləri həmçinin Stories-də də paylaşmaq mümkün olacaq. Üstəlik istifadəçilər öz dostlarına ulduz valyutasını hədiyyə edə biləcəklər. Digər yeniliklərə gəldikdə isə Stories paylaşımlarında hava şəraiti vidjetini, Stories paylaşımının üz qabığının ilk kadrdan digərinə dəyişdirilə bilməsi imkanını və video formatlı mesajın yazılması zamanı ön kameranın işığını yandıra bilmək özəlliyini qeyd etmək olar.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 540
avatar

Oxşar yazılar