Telefon  yatan istifadəçinin   yanında partladı - FOTO
23 may 2023 18:36 (UTC +04:00)

Telefon yatan istifadəçinin yanında partladı - FOTO

“OnePlus 8 Pro” istifadəçilərindən biri yatarkən smartfonun partladığını bildirib. 

Lent.az xəbər verir ki, istifadəçi bununla bağlı şəkilləri şəxsi sosial şəbəkə hesabında paylaşıb. 

Onun sözlərinə görə, smartfon gözləmə rejimində olarkən istifadə olunmayan və enerji doldurulmayan zaman partlayıb. 

Partlayış zamanı telefonun sahibi cihazdan təxminən 30 santimetr aralıda yatıb. Bu vaxt istilik enerjisini yastıq öz üzərinə götürüb və bunun sayəsində telefon sahibi xəsarət almayıb.

Partlayışın səbəbinin akkumulyator olduğunu anlayan smartfon sahibi texniki dəstəyə müraciət edib. Orada bildiriblər ki, partlayışa səbəb ana plataya təzyiq olunması ilə bağlıdır və o, bununla razılaşmayıb. Həmin şəxs forumda müraciət yazıb və “OnePlus”u hərtərəfli araşdırma aparmağa çağırıb.

“Bu hadisə baş verən zaman mən telefondan 1 fut aralıda yatmışdım. Ona görə də həyatım üçün ciddi təhlükə idi. Ümid edirəm ki, “OnePlus” komandasından kimsə mənə bir həll yolu tapmağa kömək edəcək”, - o bildirib.


 

# 16194
avatar

Sevinc Fərid

Oxşar yazılar