Təhlükəli asteroid Yerə maksimal məsafədə yaxınlaşacaq
31 yanvar 2024 11:00 (UTC +04:00)

Təhlükəli asteroid Yerə maksimal məsafədə yaxınlaşacaq

NASA-nın vermiş olduğu məlumata əsasən potensial təhlükəli asteroid 2 fevral tarixində Yer kürəsinə maksimal məsafədə yaxınlaşacaq.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, məlumatda qeyd olduğuna görə, 2008 OS7 kimi markerlənmiş bu asteroid 2 fevral tarixində Yer kürəsinin yaxınlığından 2 850 000 km məsafədə ötüb keçəcək. NASA bildirib ki, sözügedən asteroidin diametri 210-480 metr təşkil edir. Bu isə idman stadionu ölçüsü deməkdir. Asteroidin ölçüsünü və Yer kürəsinə kimi olan məsafəsini nəzərə alsaq, o, potensial təhlükəli asteroidlər siyahısına daxildir. Lakin onun Yer kürəsi ilə toqquşma təhlükəsi yoxdur.

# 3348
avatar

Oxşar yazılar