Suya düşən telefon   belə xilas edilə bilər
28 fevral 2024 15:27 (UTC +04:00)

Suya düşən telefon belə xilas edilə bilər

Telefonun suya düşməsi halları tez-tez yaşanır.  Bu zaman onu dərhal təmirə göndərmək mümkün olmur. Bəs, ev şəraitində həmin smartfonu necə xilas etmək olar? 

Lent.az xəbər verir ki, bu zaman tez qısa müddətdə telefonu sudan çıxarın və dərhal söndürün.

Daha sonra telefondan bütün aksesuarları (korpuslar, qapaqlar, tıxaclar), batareyanı, yaddaş kartını və sim kartı çıxarın. 

Sonra, bütün hissələri salfetlər ilə silib, ən azı yarım gün ərzində düyüdə saxlayın.

Telefon suya deyil, başqa bir mayenin (qəhvə, çay, soda) içinə düşərsə, düyü hiyləsi işləməyə bilər. Hər halda, ən qısa müddətdə xidmət mərkəzinə müraciət etmək daha yaxşıdır.
 

# 3375
avatar

Sevinc Fərid

Oxşar yazılar