Robot şirkətin baş direktoru  təyin olundu
10 sentyabr 2022 09:09 (UTC +04:00)

Robot şirkətin baş direktoru təyin olundu

Çinin məşhur “NetDragon Websoft” onlayn oyun texnologiyası şirkəti Tanq Yu adlı robotu baş direktor təyin edib. 

Lent.az xəbər verir ki, bu barədə “Daily Mail” saytı məlumat yayıb. 

Məlumata görə, şirkət süni intellektlə işləyən robotun bütün işçiləri ədalətli və səmərəli işlə təmin edəcəyinə inanır. Tanq Yu şirkətdə real vaxt rejimində məlumat mərkəzi və analitik vasitə kimi xidmət edəcək. 

Xatırladaq ki, “Tesla”nın baş direktoru və milyarder İlon Mask süni intellektə malik robotlar üzərində nəzarəti necə saxlayacağı ilə bağlı fərziyyələr irəli sürmüşdü.
 

# 3663
avatar

Sevinc Fərid

Oxşar yazılar