"Nokia" böyük dinamikli   yeni telefonunu təqdim etdi 
11 avqust 2023 15:43 (UTC +04:00)

"Nokia" böyük dinamikli yeni telefonunu təqdim etdi 

"Nokia" böyük dinamikli yeni telefonunu təqdim edib. 

Lent.az xəbər verir ki, "Nokia 130 Music" smartfonunun korpus hissəsində kamera əvəzinə nəhəng dinamik yerləşdirilib. 

Yeni smartfon 2,4 düymlük ekrana malikdir. 

Telefonun əsas xüsusiyyəti isə qeyd etdiyimiz kimi nəhəng dinamikdir. O, cihazın arxasındakı kameranın yerində yerləşir.

Eyni zamanda siz "Nokia 130 Music"i əlinizdə tutaraq və ondan dinamik kimi istifadə edərək mahnıları dinləyə bilərsiniz.

Dinamikdən əlavə cihazda fənər və microSD yaddaş kartları üçün slot var. Qadcetin yaddaşı bütün musiqi kitabxanasını saxlamaq üçün də daxil olmaqla 32 GB-a qədər yaddaşa sahibdir. 

Smartfon simli və simsiz FM radionu dəstəkləyir, Micro USB 1.1 portuna və qulaqlıqlar üçün standart 3,5 mm audio yuvasına malikdir.

Telefona 1450 milliamper/saat tutumlu çıxarıla bilən akkumulyator da quraşdırılıb. İstehsalçı telefonun gözləmə rejimində 30 gün, fasiləsiz söhbət zamanı isə 20 saat işləyəcəyinə bildirib.

Qadcet açıq qızılı, tünd göy və bənövşəyi rənglərdə mövcuddur. "Nokia 130 Music" hələ ki, Hindistanda 22 dollara satılır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

# 10605
avatar

Sevinc Fərid

Oxşar yazılar