KİA-nın ilk pikap modeli Tasmanın  satışa çıxış tarixi açıqlandı
19 oktyabr 2024 07:03 (UTC +04:00)

KİA-nın ilk pikap modeli Tasmanın satışa çıxış tarixi açıqlandı

KİA oktyabrın 29-da Yaxın Şərq bazarına yönəlmiş yeni pikap modeli Tasmanı nümayiş etdirəcək.

KİA-nın səbirsizliklə gözlənilən ilk C seqmentli pikap avtomobili olan Tasman oktyabrın 29-da Səudiyyə Ərəbistanında keçiriləcək olan 2024 Ciddə Beynəlxalq Avtomobil Sərgisində nümayiş etdiriləcək.

Göz oxşayan ön hissədə şaquli relsli kvadrat barmaqlıq, şaquli olaraq yerləşdirilmiş LED faralar və gözə çarpan qanadlar var.

Yan tərəflərdə qutu formalı təkər tağları olsa da, arxada baqaj qapağına inteqrasiya olunmuş KİA yazısı diqqəti cəlb edir.

İlk mərhələdə 4x2 və 4x4 versiyalarında satışa təqdim edilməsi planlaşdırılan modelin 1 ton yükgötürmə qabiliyyəti ilə yanaşı, 3,5 ton ətrafında yedəkləmə qabiliyyətinə sahib olması hədəflənir.

Volkswagen Amarok, Toyota Hilux, Ford Ranger və Isuzu D-Max kimi güclü rəqiblərə meydan oxumağa hazırlanan Tasman, KİA-nın 2027-ci ilə qədər satışa çıxarmağı planlaşdırdığı 14 elektrikli avtomobildən biri olacaq.

Bundan əlavə modelin 2026-cı ilə qədər 100 faiz elektrik versiyasının bazarda olacağı proqnozlaşdırılır.

Tasman, Yaxın Şərq, Afrika və Avstraliya bazarlarını hədəf alaraq sektorda rəqabəti artırmağı hədəfləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1263
avatar

Oxşar yazılar