İstifadəçi məlumatlarını oğurlamaq üçün “Facebook”dan necə istifadə edirlər?
16 aprel 2024 12:20 (UTC +04:00)

İstifadəçi məlumatlarını oğurlamaq üçün “Facebook”dan necə istifadə edirlər?

Təhlükəsizlik tədqiqatçıları hakerlərin istifadəçi məlumatlarını oğurlamaq üçün sındırılmış "Facebook" hesablarından istifadə etdiyini aşkar ediblər.

Lent.az xəbər verir ki, onlar bu profilləri məşhur süni intellekt xidmətlərinin rəsmi səhifələri kimi maskalayır və onlarda fişinq reklamlarını işə salırlar. 

Birincisi, təcavüzkarlar məşhur “Facebook” hesablarını sındırır və onları “Midjourney”, “Sora” və “DALL-E” neyron şəbəkələrinin profillərinə çevirir. Daha sonra bu hesabları məzmunla doldurur və sosial şəbəkədə reklam kampaniyalarına başlayırlar.

Reklam istifadəçilərə eksperimental funksiyalara çıxış vəd edir, lakin onlardan öz cihazlarında əlavə proqram təminatı quraşdırmalarını tələb edir. Bu zaman istifadəçidən “Rilide”, “Vidar”, “IceRAT” və “Nova” kimi zərərli proqramları yükləmək təklif olunur, sonra isə onların məlumatlarını oğurlayır.

Tədqiqatçılar qeyd edirlər ki, bütün quraşdırma prosesi istifadəçilərin özlərini təhlükəli və tərəddüdlü hiss etmələri üçün nəzərdə tutulub. Məsələn, reklam bannerlərindən olan keçidlər "Google Drive" və ya "Dropbox"a gətirib çıxardı. Bundan əlavə, profillər təsdiqlənməyib. Buna baxmayaraq, hakerlər bir çox istifadəçini çaşdıra biliblər. "Facebook" moderatorları tərəfindən bloklanan ən məşhur saxta hesabın 1,2 milyon izləyicisi olub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3864
avatar

Sevinc Fərid

Oxşar yazılar