"iPhone"lardan gələn saxta zənglər   artır
28 dekabr 2022 09:32 (UTC +04:00)

"iPhone"lardan gələn saxta zənglər artır

Yeni “iPhone” modellərindən polis bölmələrinə yalan şikayətlərlə bağlı çoxlu zənglər gəldiyi açıqlanıb.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu barədə ABŞ və Kanadanın fövqəladə hallar xidmətinin nümayəndələri açıqlama verib.

Onlar buna görə çox məyus olduqlarını bildiriblər. Məlumata görə, bunlar əsasən turizm bölgələrində baş verir.

Polislərin sözlərinə görə, yalan çağırışların sayı onlarladır:

“Belə həyəcan siqnallarının sayının artması bir sıra problemlərə gətirib çıxara bilər”.

“Apple” şirkəti məsələ ilə bağlı hələlik açıqlama verməyib.

 

# 2286
avatar

Sevinc Fərid

Oxşar yazılar