“iPhone” modelləri Volvo, Polestar və Audi  üçün açarlara çevrilir
17 oktyabr 2024 01:41 (UTC +04:00)

“iPhone” modelləri Volvo, Polestar və Audi üçün açarlara çevrilir

“Apple” şirkəti “Wallet” tətbiqinin rəqəmsal avtomobil açarı dəstəyini Volvo, Polestar və Audi modellərinə də gətirməyə hazırlaşır.

Lent.az xəbər verir ki, “Apple” Volvo, Polestar və Audi markalı avtomobillər üçün “Wallet” tətbiqinə rəqəmsal avtomobil açarı dəstəyi əlavə etməyə hazırlaşır.

“MacRumors” tərəfindən yayılan məlumata görə “Apple”ın “Wallet” tətbiqinin fon kodlarında edilən dəyişikliklər bu yeni funksiyanın tezliklə istifadəyə veriləcəyini göstərir.

Rəqəmsal avtomobil açarı funksiyası NFC texnologiyası sayəsində işləyəcək. “iPhone” və ya “Apple Watch” istifadəçiləri cihazlarını uyğun nəqliyyat vasitələrinin NFC oxuyucusuna yaxınlaşdırmaqla avtomobillərinin mühərrikini bağlaya, kilidini aça və hətta işə sala biləcəklər.

Bu xüsusiyyət avtomobilin açarlarını özünüzlə aparmaq ehtiyacını aradan qaldıraraq həyatı asanlaşdırmağı hədəfləyir.

Qeyd edək ki, “Apple” ilk dəfə 2022-ci ildə rəqəmsal avtomobil açarı dəstəyini təqdim edib. Hazırda BMW, BYD, Hyundai, Genesis, Kia, Lotus, Mercedes-Benz və RAM kimi markaların müəyyən modelləri bu funksiyanı dəstəkləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1989
avatar

Oxşar yazılar