“iPhone” istifadəçiləri üçün pis xəbər - Süni intellektli Siri təxirə salındı
04 fevral 2025 03:16 (UTC +04:00)

“iPhone” istifadəçiləri üçün pis xəbər - Süni intellektli Siri təxirə salındı

“Apple” CEO-su Tim Kuk, “Apple Intelligence”in inkişaf etmiş Siri xüsusiyyətinin 2026-cı ilə qədər hazır olmaya biləcəyini açıqlayıb.

Lent.az xəbər verir ki, “Apple” istifadəçiləri “iPhone 16” seriyası ilə təqdim edilən “Apple Intelligence” süni intellekt platformasının bütün xüsusiyyətlərinin istifadəyə verilməsini gözləyirlər.

Bununla belə, “Apple” CEO-su Tim Kuk, “Apple Intelligence”in ən vacib xüsusiyyətlərindən biri olan yeni Sirinin 2026-cı ilə qədər təxirə salına biləcəyini açıqlayıb.

“Apple” firması Sirini süni intellektlə gücləndirərək onu daha ağıllı və bacarıqlı hala gətirməyi hədəfləyir.

Qeyd edək ki, yeni Siri, istifadəçilərin suallarını daha yaxşı başa düşə, tapşırıqları yerinə yetirə və müxtəlif proqramlar arasında keçid edə biləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 498

Oxşar yazılar