“iPhone 15”in əsas xüsusiyyəti AÇIQLANDI
30 dekabr 2022 19:56 (UTC +04:00)

“iPhone 15”in əsas xüsusiyyəti AÇIQLANDI

2023-cü ildə satışa çıxarılacaq “iPhone 15”in əsas xüsusiyyəti açıqlanıb.

Lent.az  xarici mediaya istinadən xəbər verir ki, telefonun ən vacib yeni özəlliyi onun güclü enerji batareyasına sahib olmasıdır.

Məlumdur ki, “Apple” üçün prosessorların əsas istehsalçısı Tayvanın TSMC şirkətidir. Şirkət yeni smartfonlar üçün üç nanometrlik proses texnologiyasına əsaslanan çipləri bazara çıxarıb. Yeni prosessorlar “A17 Bionic” adlanır. 

Bu prosessorlar daha çox enerjiyə qənaət edəcək və “iPhone”un tək akkumulyatorla daha uzun müddət işləməsinə imkan verəcək. 

Qeyd edək ki, “Apple”ın əsas rəqiblərindən biri olan “Samsung” hələ iyul ayında 3 nanometrlik çiplərin istehsalına başlamışdı.

# 3519
avatar

Sevinc Fərid

Oxşar yazılar