“iPhone 14”ün  aktivləşməsində PROBLEM YARANDI
18 sentyabr 2022 09:56 (UTC +04:00)

“iPhone 14”ün aktivləşməsində PROBLEM YARANDI

Yeni “iPhone 14” alıcıları telefonu aktivləşdirə bilməyiblər. 

Lent.az xəbər verir ki, bu barədə “MacRumors” məlumat yayıb. 

Məlumata görə, yeni Apple smartfonlarının alıcıları cihazın aktivləşdirilməsi zamanı problemi ilə üzləşiblər. Belə ki, Wi-Fi vasitəsilə qadcetlərin işə salınması mümkün olmayıb. 

“Apple” şirkəti smartfonlarda yaranmış problemi təsdiq ediblər və hazırda onun aradan qalxması üçün çalışdıqlarını bildiriblər. 

Qeyd edək ki, yeni “iPhone 14” telefonları sentyabrın 7-də təqdim edilmişdi. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4632
avatar

Sevinc Fərid

Oxşar yazılar