Havadan elektrik enerjisi  istehsal edən generator yaradıldı
27 may 2023 19:53 (UTC +04:00)

Havadan elektrik enerjisi istehsal edən generator yaradıldı

Alimlər havadan elektrik enerjisi istehsal edən generator yaradıblar.

Lent.az xəbər verir ki, cihaz bir həftə ərzində davamlı olaraq bir neçə yüz millivolta ekvivalent enerji istehsal edə bilib.

Bunu həyata keçirən Massaçusets Amherst Universitetinin alimləri olub.

Xüsusilə, ölçüsü 100 nanometrdən az olan, insan saçından min dəfə kiçik olan mikroskopik dəliklərə əsaslanan yeni “hava generatoru” havadakı su damcılarından elektrik enerjisi ala bilir.

Nəmli hava generatorun miniatür dəliklərindən keçdikdə su molekulları əvvəlcə yuxarı, sonra isə cihazın alt kamerası ilə birbaşa təmasda olur. Bu, elektrik enerjisinin balanssızlığını yaradır.

Tədqiqatçılar bildirir ki, yeni texnologiya iqlim dəyişikliyi ilə mübarizə aparmağa kömək edə bilər.

# 4713
avatar

Sevinc Fərid

Oxşar yazılar