ABŞ alimləri havanın keyfiyyətini proqnozlaşdırmaq üçün süni intellektdən istifadə etməyə başlayıblar.
Lent.az-ın məlumatına görə, mütəxəssislər araşdırma nəticəsində havanın keyfiyyətini ətraflı təhlil etmək məqsədi ilə kompüter modelləşdirməsindən istifadə ediblər.
Bildirilib ki, peyk və yerüstü stansiyalarla müqayisədə kompüterlər bu işin öhdəsindən daha yaxşı gəlir.
Penn ştatında coğrafiya kafedrasının dosenti Manju Yuyun sözlərinə görə, havanın keyfiyyəti şəhər yerində insanların həyatına təsir edən əsas problemlərdən biridir. Lakin mövcud müşahidələr hərtərəfli məlumatın əldə edilməsi üçün kifayət deyil".
Nəticə etibarı ilə bu baxımdan kompüterlərin dəqiqliyi meteoroloqları geridə qoyur.