Google qıcıqlandırıcı reklamlara müəyyən qadağalar təyin edib
07 avqust 2022 19:15 (UTC +04:00)

Google qıcıqlandırıcı reklamlara müəyyən qadağalar təyin edib

Google özünün tətbiqlər mağazası olan Google Play Store-dan köhnəlmiş tətbiqləri silməklə yanaşı həmçinin tətbiqlərin ümumilikdə keyfiyyətlərini yüksəltmək yolunda tərtibatçılara üçün yeni tələblər irəli sürür.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, bu dəfə şirkət mobil oyunlarda və tətbiqlərdə reklam elanlarından sui-istifadə hallarının qarşısını almaq qərarına gəlib. Bu səbəbdən də Google tərtibatçılar üçün yeni tələblər irəli sürüb. Həmin tələblər Google Play-də mövcud olan tətbiqlərin çalışmalarında yüksək keyfiyyəti təmin etməlidirlər. Beləliklə şirkətin yeni qərarına əsasən bundan sonra aşağıdakı bəndlər qadağan edilir:

- Ani olaraq ortaya çıxan istənilən formatda (GIF, video, statik və s.) tam ekranlı reklam elanları. Bir qayda olaraq bu cür reklamlar istifadəçinin hər hansısa digər əməliyyatı yerinə yetirmək istədiyi zaman ortaya çıxır

- Oyun daxilində olan hansısa proses zamanı ortaya çıxan reklam elanları

- Tətbiq daxilində yüklənmə ekranından öncə ortaya çıxan video formatlı reklam elanları

- 15 saniyədən sonra bağlanması mümkün olmayan istənilən formatda tam ekranlı reklam elanları. Bununla belə istifadəçiyə və ya onun yerin yetirmək istədiyi bu və ya digər əməliyyata mane olmayan reklam elanları 15 saniyədən sonra da qala bilərlər.

Beləliklə bu qadağalar vasitəsilə Google şirkəti istifadəçinin gözləmədiyi anda ortaya çıxan reklam elanları ilə nübarizə aparmağı hədəfləyib. Bununla belə şirkət qeyd edib ki, bu qadağalar mobil oyunlar və ya tətbiqlər daxilində istifadəçiyə müəyyən nailiyyətləri təqdim edən reklam elanlarına aid edilmir. Adətən bu cür reklam elanlarının sərgilənməsinə istifadəçilər fərdi şəkildə razılıq verirlər. Bundan əlavə olaraq mobil oyunların və ya tətbiqlərin işlərinə mane olmayan reklam elanları da qadağan edilmir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3975
avatar

Oxşar yazılar