“Dacia Sandero” fevral ayında Avropa avtomobil bazarında lider olub.
Lent.az xəbər verir ki, Çin brendləri yüksəlişdə olsa da, “Tesla Model Y” ilk 10-luqdan çıxıb.
Fevral ayında avtomobil satışları keçən ilin eyni dövrü ilə müqayisədə 3 % azalaraq 966,3 min ədədə düşüb.
“Dacia Sandero” 21.604 ədəd satış rəqəmi ilə liderliyini qoruyub.
İkinci yerdə isə yeni “Citroen C3”, üçüncü yerdə isə “Renault Clio” qərarlaşıb.
Qeyd edək ki, “Dacia Duster” “Tesla Model Y”ni siyahıdan kənarlaşdıraraq ilk 10-luğa daxil olub.
Ən çox satılan 10 model bunlardır:
“Dacia Sandero”: 21,604 ədəd
“Citroen C3”: 18,540 ədəd
“Renault Clio”: 18,348 ədəd
“Peugeot 208”: 16,532 ədəd
“Volkswagen Golf”: 16,033 ədəd
“Dacia Duck”: 15,284 ədəd
“Peugeot 2008”: 14,403 ədəd
“Volkswagen Tiguan”: 14,363 ədəd
“Toyota Yaris Cross”: 13,889 ədəd.