Ən çox “iPhone”  istifadəçisi olan ölkələr – SİYAHI
16 avqust 2023 14:44 (UTC +04:00)

Ən çox “iPhone” istifadəçisi olan ölkələr – SİYAHI

Avropada “iPhone”a tələbatın hansı ölkələrin yüksək və ya aşağı olduğunu göstərən yeni araşdırma dərc olunub.

Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, “iPhone”lar Qərbi Avropa ölkələrində daha populyardır. Ən yüksək göstəricilər Danimarka və Norveçdə müşahidə edilərkən, bu ölkələrdə “iPhone” istifadəçilərinin nisbəti 60-70% təşkil edir.

Böyük Britaniya, İsveç, İsveçrə və Albaniyada yaşayanların yarıdan çoxu (50-60%) “iPhone” modellərinə üstünlük verir.

Həmçinin, iPhone smartfonları Fransa, Belçika, Hollandiya, Avstriya və İrlandiyada populyardır (40-50%).

Türkiyə, Polşa, Yunanıstan və bəzi Balkan ölkələri “iPhone” modellərinə ən az tələbat göstərən ölkələr arasındadır (10-20%).

Araşdırmanı aparan Simon Kuestenmacher mövzu ilə bağlı açıqlamasında bu ifadələrdən istifadə edib:

“Şimali Avropalı zənginlərin böyük ölçüdə “iPhone”dan istifadə etdiyini görürük. Düşünürəm ki, almanlar da “iPhone”dan istifadə edəcək qədər zəngindirlər, amma daha yaxşı olar ki, Android telefonlardan istifadə etsinlər. Şərqi avropalılar isə daha ucuz Android smartfonlarına üstünlük verirlər”.

# 10917
avatar

Sevinc Fərid

Oxşar yazılar