Daha tez şarj olunan   smartfonlar: Yeni texnologiya..
04 oktyabr 2022 11:56 (UTC +04:00)

Daha tez şarj olunan smartfonlar: Yeni texnologiya..

Telefonların sürətli enerji yığması üçün yeni texnologiya təklif olunub. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu yeni texnologiya gələn il nümayiş olunacaq. Onun smartfonun şarjını 10 dəqiqə ərzində tam doldurması gözlənilir.

Onu da qeyd etmək lazımdır ki, artıq kifayət qədər tez doldurulan smartfonlar var. Məsələn, iyul ayında satışa çıxarılan “Vivo iQOO 10 Pro” adlı telefon 200 Vt ultra-sürətli doldurma cihazı ilə təchiz olunub. 4700 mAh batareya cəmi 10 dəqiqəyə tam doldurulur. 

Oktyabr ayının sonlarında satışa çıxarılacaq “Xiaomi Redmi Note 12 Pro+” smartfonunun 210 vatt gücündə batareyaya sahib olacağı haqqında da məlumat yayılıb. 

Mütəxəssislər bildirir ki, gələn il satışa çıxarılacaq telefonlar daha sürətli doldurulacaq. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3786
avatar

Sevinc Fərid

Oxşar yazılar