Çin super robot it yaradıb
17 avqust 2023 07:56 (UTC +04:00)

Çin super robot it yaradıb

"Xiaomi" öz robot itinin növbəti nəslini - "CyberDog 2"ni dünyaya təqdim etdi.

Lent.az xəbər verir ki, o, sahibini şəxsən tanıya və hətta "ağıllı" evi idarə edə bilər.

Robot yeriyir, pəncə üstə gəzir, skeytbord sürə bilir..

"CyberDog 2"nin çəkisi cəmi 9 kq-dır.

Dörd mikrofon və çoxsaylı sensorlar başqa otaqdan səs əmrlərini eşitməyə imkan verir. Üz tanınması funksiyası da təmin edilir.

Robotun qiyməti 12999 yuandır (təxminən 1770 ABŞ dolları).

# 3954
avatar

Oxşar yazılar