“Çandrayaan-3” Ayda "zəlzələ"  qeydə aldı
01 sentyabr 2023 16:11 (UTC +04:00)

“Çandrayaan-3” Ayda "zəlzələ" qeydə aldı

Hindistanın “Çandrayaan-3” kosmik missiyasının “Vikram” eniş aparatı Ayın cənub dairəvi qütb bölgəsində seysmik hadisə qeydə alıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisənin kosmik aparatın özü ilə bağlı olmadığı ehtimal edilir. Bir versiyaya görə, aparatın yaxınlığında “Ay zəlzələsi” baş verib, digər versiyaya görə, seysmik hadisəyə səbəb meteoritin düşməsi olub.

Qeyd edək ki, Hindistan Aya kosmik gəmini uğurla endirən dördüncü ölkə olub.

# 11049
avatar

Oxşar yazılar