Bu Xiaomi telefonları  "köhnəlib"   - yeni funksiyalar  əldə etməyəcəklər
27 fevral 2025 14:51 (UTC +04:00)

Bu Xiaomi telefonları "köhnəlib" - yeni funksiyalar əldə etməyəcəklər

Xiaomi birdən-birə bir sıra smartfonlar və bir neçə planşetləri dəstəkləməyi dayandırıb. Şirkət HyperOS 2.1 və 2.2-ni məşhur Xiaomi, Redmi və Poco cihazlarına yaymayacaq, bu da onların köhnəlmiş sayıla biləcəyinə işarə edir.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, HyperOS-un cari versiyasında qalacaq və artıq 2.1 və 2.2 versiyaları üçün yeniləmələri qəbul etməyəcək cihazların siyahısına aşağıdakılar daxildir:

•  Xiaomi 11;

• Xiaomi 11 Pro;

• Xiaomi 11 Ultra;

• Xiaomi 11 Lite;

• Xiaomi 11 Lite 5G;

• Xiaomi 11 Lite 5G NE;

• Xiaomi 11X;

• Xiaomi 11X Pro;

• Xiaomi 11i;

• Xiaomi 11i HyperCharge 5G;

• Redmi Note 12 5G;

• Redmi Note 12 Pro 5G;

• Redmi Note 12 Pro+ 5G;

• Poco M5;

• Poco M5s;

• Poco X5;

• Poco X5 Pro;

• Poco F4;

• Poco F4 GT;

• Redmi K50;

• Redmi K50 Pro;

• Redmi K50i;

• Redmi K50 Gaming;

• Xiaomi Pad 6.

Bu cihazlar artıq yeni funksiyalar qəbul etməyəcək, lakin ən azı 2026-cı ilin əvvəlinə qədər təhlükəsizlik yamaqlarını almağa davam edəcək.

HyperOS 2.1 yeniləməsi, istehsalçının sözlərinə görə, sistemin optimallaşdırılmasına və animasiyanın təkmilləşdirilməsinə yönəlib ki, bu da interfeysin hamarlığını artırmalı və enerji sərfiyyatını azaltmalıdır.

HyperOS 2.2 ilə bağlı təfərrüatlar hələ də gizlidir, lakin insayder mənbələr onun təkmilləşdirilmiş çoxşaxəli funksiyaları, yenidən işlənmiş interfeys elementlərini və yenilənmiş təhlükəsizlik alətlərini təqdim edəcəyini bildirir. Yeniləmənin mart ayında çıxacağı gözlənilir.

Nəzərinizə çatdıraq ki, bu həftə Xiaomi bir sıra yeni məhsullarla “boğulacaq”. Onların arasında smartfonlar, noutbuklar, qulaqlıqlar və hətta idman elektromobili də var. Əsas elan Galaxy S25 Ultra və iPhone 16 Pro Max ilə rəqabət aparacaq Xiaomi 15 Ultra olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 613

Oxşar yazılar