Bu sosial şəbəkədə məşhurlara mesaj yazmaq pullu olacaq
07 noyabr 2022 10:02 (UTC +04:00)

Bu sosial şəbəkədə məşhurlara mesaj yazmaq pullu olacaq

ABŞ-ın “Twitter” şirkəti sosial şəbəkədə bir sıra pullu funksiyalarla çıxış edəcək.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu funksiyalar içərisinə o cümlədən tanınmış istifadəçilərə şəxsi mesajlar göndərmək imkanlarını da daxil edəcək.

Həmçinin ayrı-ayrı videolara baxmaq da pullu xüsusiyyətlər hesab olunur. Ödənişli xüsusiyyətlərlə bağlı müzakirələr şirkəti “Tesla” və “SpaceX”in rəhbəri İlon Maskın satın almasından dərhal sonra başlayıb.

Daha əvvəl bildirilmişdi ki, Mask “Twitter” işçiləri üçün əlavə istirahət günlərini ləğv edib. Bloomberg-in məlumatına görə, sahibkar həm də uzaqdan işləmə imkanını ləğv etmək niyyətindədir.

# 3555
avatar

Oxşar yazılar