Bu ölkədə dövlət işçilərinə “TikTok” qadağan edilir
22 dekabr 2022 09:41 (UTC +04:00)

Bu ölkədə dövlət işçilərinə “TikTok” qadağan edilir

ABŞ senatı rəsmi olaraq dövlət qulluqçularına iş telefonlarında “TikTok”dan istifadəsi qadağan edilir.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, senat sözçüləri qəbul edilmiş layihənin bu həftənin sonuna qədər qüvvəyə minəcəyini bildirib. Belə ki, onlar “TikTok” sosial şəbəkəsinin Amerikanın milli təhlükəsizliyi üçün təhlükə mənbəyi olacağını iddia edib.

Layihə təsdiq olunduqdan sonra hazırkı prezident Co Bayden tərəfindən imzalanacaq.

Qeyd edək ki, Amerikada istifadəçilər arasında “TikTok”un geniş yayılması hələ keçmiş prezident Donald Trampın narahatlığına səbəb olmuşdu. O, bu sosial platformanın məhdudlaşdırılması üçün səy göstərsə də, bu cəhdi heç bir nəticə verməmişdi.

# 3576
avatar

Sevinc Fərid

Oxşar yazılar