Beş min nəfərlik təyyarə oteli:  Hovuzlar, restoranlar..  - VİDEO
30 iyun 2022 17:37 (UTC +04:00)

Beş min nəfərlik təyyarə oteli: Hovuzlar, restoranlar.. - VİDEO

Hashem Al-Ghaili adlı yəmənli mühəndis yeni layihəsini təqdim edib. 

Lent.az  xəbər verir ki, “Sky Cruise” adlı təyyarə oteli aviasiya sənayesini tamamilə dəyişdirəcək. 

Bu yeni təyyarə nüvə enerjisi ilə uçan oteldir. O, 5 minə qədər insanı daşıya biləcək. Pilotsuz uçan təyyarəyə süni intellekt sistemi cavabdeh olacaq. Amma buna baxmayaraq, istənilən vaxt insanlar tərəfindən nəzarət edilə biləcək. 

Bəs, “Sky Cruise”ə nələr daxil olacaq? 

360 dərəcə səma mənzərəli panoramik otaq;

Liftlər;

Ticarət mərkəzləri;

Əyləncə kompleksləri;

İdman zalları;

Hovuzlar;

Restoranlar, barlar;

Oyun meydançaları;

Kinoteatrlar;

İşgüzar danışıqlar üçün yerlər;

Toylar üçün banket zalları.

Qeyd edək ki, otel qonaqları qətiyyən turbulentlik yaşamayacaqlar. Titrəmələr aşkar edildikdə, süni intellekt sistemi avtomatik silkələnməni kompensasiya edən tərs vibrasiyanı işə salacaq.

Təəssüf ki, yeni layihədə tək problem bu ağırlıqda olan nəhəng təyyarənin havaya necə qaldırılacağıdır. “Sky Cruise” konsepti bizə "Titanik"i xatırladır. O da dövrün ən böyük gəmisi idi. Ümid edirik ki, "Titanik"in yaşadığı hadisə təkrarlanmayacaq. 

Həmin təyyarə otelinin görüntülərini təqdim edirik: 
 

# 2985
avatar

Sevinc Fərid

Oxşar yazılar