Bədən həratətini ölçən proqram hazırlandı
28 iyun 2023 21:08 (UTC +04:00)

Bədən həratətini ölçən proqram hazırlandı

Vaşinqton Universiteti smartfon vasitəsilə bədən istiliyini ölçməyə imkan verən “Fever Phone” adlı unikal proqram hazırlayıb.

Lent.az xəbər verir ki, proqramda əksər smartfonlarda olan, cihazın daxili temperaturunu izləmək üçün nəzərdə tutulmuş daxili temperatur sensorlarından istifadə edilib.

Onun iş prinsipi bundan ibarətdir ki, sensorlar dərinin ekranla təması zamanı istilik ötürülməsini qeydə alır. Ölçmə proseduru üçün istifadəçi proqramı işə salmalı və cihazı kənarlarından tutaraq 90 saniyə ərzində smartfonun ekranını alnına bərkitməlidir. Tətbiq avtomatik olaraq ölçmənin başlanğıcını və sonunu təyin edəcək və nəticəni ekranda göstərəcək.

“Fever Phone” məlumatları emal etmək və smartfonun daxili və xarici temperaturunu ayırd etmək üçün neyron şəbəkəsindən istifadə edir. Alimlər təcili yardım otağında qızdırması olan 37 xəstə üzərində təcrübə aparıblar.

Proqramın ölçmələri adi bir termometr ilə müqayisə edilib və tədqiqat göstərib ki, tətbiq klinik cəhətdən məqbul səviyyədə olan cəmi 0,23 dərəcə Selsi orta xəta ilə yüksək dəqiqlikdədir.

# 2526
avatar

Oxşar yazılar

“Hyundai”ın bu modellərində ciddi NÖQSAN:  geri çağırıldılar

“Hyundai”ın bu modellərində ciddi NÖQSAN: geri çağırıldılar

4 may 2024 , 15:22
iOS 18 tezliklə buraxılacaq: “iPhone” tarixində   ən böyük yeniləmə

iOS 18 tezliklə buraxılacaq: “iPhone” tarixində ən böyük yeniləmə

4 may 2024 , 14:34
"Apple" yeni cihazlarını təqdim edəcək: Siyahıda nələr var?

"Apple" yeni cihazlarını təqdim edəcək: Siyahıda nələr var?

4 may 2024 , 11:18
"iPhone 15 Pro Max" ucuzlaşdı

"iPhone 15 Pro Max" ucuzlaşdı

4 may 2024 , 04:18
"iPhone 15 Pro Max" ucuzlaşdı

"iPhone 15 Pro Max" ucuzlaşdı

4 may 2024 , 04:18
Alimlər küləkləri olan planet kəşf ediblər

Alimlər küləkləri olan planet kəşf ediblər

4 may 2024 , 00:24
Dünyada ən çox satılan smartfonlar

Dünyada ən çox satılan smartfonlar

3 may 2024 , 13:18
Alimlər Ayda su ehtiyatları tapdılar

Alimlər Ayda su ehtiyatları tapdılar

2 may 2024 , 14:32