“Azərbaycanda orta sürət 6.6 Mbit/s olub” – Osman Gündüz ölkə internetindən DANIŞDI
21 sentyabr 2021 19:14 (UTC +04:00)

“Azərbaycanda orta sürət 6.6 Mbit/s olub” – Osman Gündüz ölkə internetindən DANIŞDI

“Britaniyann nüfuzlu "Cable" qurumu yüksək sürətli internetlə bağlı dünya ölkələrindəki statistikanı yenidən açıqlayıb. "Cable" təşkilatı 2020-2021-ci illəri əhatə edən 12 ay ərzində (2021-ci ilin iyun ayınadək) 224 ölkə arasında internetin sürətilə bağlı aparılan milyonlarla test nəticəsində əldə olunan statistikaya əsasən reytinq cədvəli hazırlayıb”.

Lent.az xəbər verir ki, bu haqda Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz

 

Osman Gündüz qeyd edir ki, cari ilin reytinq cədvəlində Azərbaycan 167-ci yeri qazanıb.

“Bu reytinq cədvəlinə görə, Azərbaycanda əldə olunan orta sürət 6.6 Mbit/s olub. Qeyd etmək istərdim ki, Azərbaycanın əldə etdiyi nəticə potensial imkanlarımız baxımından xoşagələn bir göstərici deyil. Reytinq cədvəlinə görə, bu göstərici qonşu ölkələr içərisində də yetrəincə aşağı nəticədir.

Ölkənin əsas provayderləri olan “Baktelekom” və “Aztelekom” dövlət provayderlərinin əksər müştərilərinin 1-2 Mbit/s internet xidməti əldə etməsi də bu cür nəticə üçün əsas olub.

2021-ci ildə dünya üzrə orta sürət təxminən 30 Mb/san göstərilib. Ölkələr arasında ən yüksək sürət 270 Mbit/s, ən aşağı sürət 0.5 Mbit/s olub.

Xatırlayıram, 2019-cu ildə bu qurumun Reytinq Cədvəlində Azərbaycan 208 ölkə arasında 142-ci yeri tutmuşdu. 2018-ci ildə 135-ci yerdə, 2017-ci ildə 102-ci yerdə idi.

"Cable"in hesabatına görə, son illərdə Azərbaycan internetin sürətinə görə xeyli geriləyib”.

Forum prezidenti bildirir ki, son illərdə sektorda inhisarçılığın yüksək həddə olması, özəllər üçün dövlətə məxsus kabel-kanal infrastrukturundan istifadədə ciddi problemlərin olması, ölkə üzrə keyfiyyətli internet probleminin həllini ötən illərdə NRYTN-in yalnız öz üzərinə götürməsi doğru yanaşma deyildi və bu da öz nəticəsini artıq göstrəməkdədir:

“Yeri gəlmişkən qeyd edim ki, genişzolaqlı internetə əlçatımlığı artırmaq və internetin keyfiyyətini yaxşılaşdırmaq istiqamətində NRYTN-in yeni rəhbərliyi tərəfindən hazırda dövlət və özəl provayderlərin birgə əməkdaşlığını nəzərdə tutan "dövlət-özəl tərəfdaşlığı" təşəbbüsü irəli sürülüb.

Bakı ətrafı və regionların kəndlərində, yaxın 1-2 il ərzində genişzolaqlı inetrnetin inkişafı üçün adıçəkilən təşəbbüs çərçivəsində tədbirlərə başlanıb. Hazırda Bakı ətrafında və regionlarda bu təşəbbüs çərçivəsində GPON və LTE texnologiyaları ilə evlərə internet xəttlərinin çəkilişinə start verilib. Azərbaycanda keyfiyyətli internet probleminin olması dövlət başçısı səviyyəsində də vurğulanıb.

Son illərin qlobal çağırışları, COVID-19 pandemiyası da internetin, rəqəmsal sektorun inkişafını xeyli stimullaşdırıb.

Ümid edirəm, yaxın zamanlarda yaradılması nəzərdə tutulan Müstəqil Tənzimləyici qurumun formalaşması da sektorda ciddi canlanma yaradacaq, rəqabətli mühiti inkişaf etdirəcək.

İnanıram ki, nazirlik özəl provayderlər üçün münbit şərait yaratmaqla, dövlət-özəl tərəfdaşlığını özəllər üçün cəlbedici və əlçatan etməklə, magistral infrastrukturun qurulmasına yetərincə investisiya ayırmaqla bütün ölkə üzrə keyfiyyətli internet problemini yaxın bir-iki ildə tam həll edə biləcək”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4710
avatar

Nigar Adil

Oxşar yazılar