ASUS-un yeni telefonu barəsində məlumatlar ortaya çıxdı
28 mart 2023 13:08 (UTC +04:00)

ASUS-un yeni telefonu barəsində məlumatlar ortaya çıxdı

ASUS şirkəti 13 aprel tarixində təqdimat tədbiri keçirdəcək.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, baş tutacaq təqdimat çərçivəsində şirkətin ASUS ROG Phone 7 smartfon seriyasını təqdim edəcəyi gözlənilir. İndi isə insayderlər bu seriyaya daxil olacaq cihazlar barəsində bəzi məlumatları təqdim ediblər. Beləliklə insayderlərin təqdim etmiş olduqları məlumata əsasən ASUS ROG Phone 7 smartfon seriyasına iki model daxil olacaq. ASUS ROG Phone 7 və ROG Phone 7 Ultimate. ASUS ROG Phone 7 Ultimate modelinin əsas fərqləndirici özəlliyi ondan ibarət olacaq ki, o, 16 GB RAM və 512 GB daxili yaddaş həcmi ilə təchiz olunacaq. Digər bütün özəlliklər baxımından smartfonlar eyni olacaqlar. Dəqiq olan odur ki, ASUS ROG Phone 7 smartfonları Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaqlar və üçlü arxa kamera ilə təchiz olunacaqlar. Smartfonların 50 MP + 13 MP + 8 MP üçlü arxa kameraya və 32 MP-lik ön kameraya sahib olacaqları gözlənilir.

# 1827
avatar

Oxşar yazılar