Artıq “Whatsapp” hesabınınız   planşetə bağlana biləcək
08 noyabr 2022 10:55 (UTC +04:00)

Artıq “Whatsapp” hesabınınız planşetə bağlana biləcək

“Whatsapp” şəxsi hesabınızı Android planşetlərə bağlanmasını həyata keçirən yeni funksiyasını təqdim edib. 

Lent.az xəbər verir ki, bu barədə “WABetaInfo” saytı məlumat yayıb. 

Belə ki, əvvəllər bu proses üçün əlavə nömrə tələb olunurdu. İndi isə əlavə nömrəyə ehtiyac qalmadan profilinizi planşet cihazlarında işə sala biləcəksiniz. Bunun üçün sadəcə tətbiqin beta versiyasını planşetə yükləmək lazımdır. 

Qeyd edək ki, yeni funksiya hələ ki, test mərhələsindədir. Ancaq tezliklə platforma istifadəçilərində aktiv olunacaq. 


 

# 3609
avatar

Sevinc Fərid

Oxşar yazılar