"Apple", ləğv edilmiş "Apple Car" layihəsinin bir hissəsi olaraq uzun mənzilli elektrikli avtomobil akkumulyatorlarını inkişaf etdirmək üçün Çin avtomobil istehsalçısı BYD ilə gizli şəkildə iş yürüdüb.
Lent.az xəbər verir ki, iddialara görə, "Apple" ləğv edilən "Apple Car" layihəsi çərçivəsində Çin avtomobil istehsalçısı BYD ilə gizli əməkdaşlıq edib.
2017-ci ildə başlayan bu ortaqlığın məqsədi litium dəmir fosfat (LFP) molekullarından istifadə edərək uzun mənzilli və təhlükəsiz elektrik avtomobil akkumulyatorlarını inkişaf etdirmək olub.
"Apple" layihəyə akkumulyator paketləri və istilik idarəetməsi sahəsində təcrübəsini gətirsə də, BYD istehsal bilikləri və LFP molekul texnologiyasındakı inkişafları ilə öz töhfəsini verib.
Bu əməkdaşlıq "Apple"ın son on ildə hər il təxminən 1 milyard dollar sərmayə qoyduğu "Apple Car" layihəsinin bir hissəsidir.
Layihədə "Apple" tərəfindən Aleksander Hitzingerin idarə etdiyi və Mujeeb Ijazın nəzarəti altında təxminən 50 batareya mühəndisindən ibarət bir komandanın olduğu bildirilir.
BYD tərəfindən isə şirkətin akkumulyator biznesi üzrə vitse-prezidenti Maykl He Çin şirkəti adından işə rəhbərlik edib.