“Apple” şirkəti “iPhone” istifadəçilərinə milyonlarla dollar ödəyəcək
07 mart 2024 11:29 (UTC +04:00)

“Apple” şirkəti “iPhone” istifadəçilərinə milyonlarla dollar ödəyəcək

“Apple” bəzi “iPhone” istifadəçilərinə 14,4 milyon dollar ödəyəcək. 

Lent.az xəbər verir ki, bu barədə “CBC News” məlumat yayıb .

Bildirilir ki, Amerika korporasiyası əvvəllər şirkəti “iPhone”un sürətini azaltmaqda günahlandıran Kanada sakinləri ilə mübahisəli məsələni həll edib. “Apple” uzun müddətdir ki, batareyaları köhnəlmiş smartfonların məhsuldarlığını aşağı salıb.

Razılaşma müqaviləsinə əsasən, hər bir iddiaçıya 17,50-dən 150 dollar ödəniləcək. Ödəniş məbləği şəraitdən asılı olaraq müəyyən ediləcək. “Apple” istifadəçilərini təmsil edən hüquqşünasların fikrincə, təklif olunan nizamlanma ədalətli, ağlabatan və bu məsələnin ən yaxşı həllidir.

2018-ci ildə “Apple”, batareyanın ömrünü uzatmaq üçün köhnə batareyaları olan “iPhone”ların performansını qəsdən azaltdığını etiraf edib. Şirkət üzr istəyib, istifadəçilərə bu funksiyanı söndürmək imkanı verib və “iPhone”lar üçün əvəzedici batareyaların qiymətlərini aşağı salıb.
 

# 3507
avatar

Sevinc Fərid

Oxşar yazılar